ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetində “Maliyyə savadlılığı” çərçivəsində maarifləndirici təlimlər yekunlaşıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində Biznes idarəçiliyi fakültəsi, Mərkəzi Bank və Azərbaycan Bank Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlərə yekun vurulub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, təlim zamanı Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Lamiyə Qaralova “Mərkəzi Bankın elektron resursları”, şöbənin aparıcı mütəxəssisi Pərvin Qəhrəmanova neyromarketinq, Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov əmanətlərin sığortalanması, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Ruqiyyə Hacızadə zaminlik, Rauf Ağayev alım ya qalım, Pərviz Quliyev vətəndaşlar üçün sığorta mövzularına mütəxəssis kimi aydınlıq gətiriblər.

Silsilə təlimlərin sonunda Biznes idarəçiliyi fakültəsinin tələbələrinə Mərkəzi Bankın müvafiq şöbəsi tərəfindən sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.