İQTİSADİYYAT


“Türk Hava Yolları” İstanbulda açılacaq yeni aeroportdan ilk uçuşunu Azərbaycana edəcək

Bakı, 14 iyul, Elvin Camalov, AZƏRTAC

“Türk Hava Yolları” (THY) İstanbulda açılacaq yeni aeroportdan ilk uçuşunu Azərbaycana edəcək.

AZƏRTAC “hurriyet.com.tr” saytına istinadla xəbər verir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi bildirib.

Onun sözlərinə görə, oktyabrın sonlarında açılacaq Üçüncü İstanbul Hava Limanından ilk daxili uçuş Ankaraya, ilk beynəlxalq uçuş isə Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.