SİYASƏT


Türk Şurası: Ermənistan israrlı hücumlarını dayandırmalı, işğalçı qüvvələrini geri çəkməlidir

Ankara, 17 oktyabr, AZƏRTAC

Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa qarşı çıxmaqdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ermənistanın Gəncə şəhərinə ballistik raket zərbəsi endirməsini və azərbaycanlı mülki əhaliyə hücumlarını qınamaqdadır.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türk Şurasının rəsmi internet səhifəsində yer alıb. Bildirilir ki, Ermənistan israrlı hücumlarını dayandırmalı, işğalçı qüvvələrini geri çəkməlidir.

Paylaşıma Gəncədə törədilən erməni terrorunun acı izlərini əks etdirən fotolar da əlavə olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.