İQTİSADİYYAT


Türk iş adamları Azərbaycana işgüzar səfərə gələcək

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də türk iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir.

AZƏRTAC xəbər verir ki, səfər zamanı pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək. Səfər çərçivəsində türk sahibkarların yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub. Layihə ilə maraqlanan, COVID-19 pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilərlər.

Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.

Layihə İqtisadiyyat Nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir və təşkilatçıları Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.