CƏMİYYƏT


Türkan qəsəbəsindən avtomobil oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə avqustun 1-də Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.