İDMAN


Türkiyə Formula 1 yarışını 2020-ci ildən sonra da keçirmək istəyir

Bakı, 2 sentyabr, AZƏRTAC

Türkiyə Formula 1 yarışını 2020-ci ildən sonra da keçirmək istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak məlumat verib.

Qeyd edib ki, Formula 1-in 2020-ci ildən sonra İstanbulda keçirilməsi üçün çempionat rəhbərliyi ilə yeni müqavilənin imzalanması gözlənilir. V.Ak uzunmüddətli müqavilə imzalamaq üçün artıq danışıqların aparıldığını bildirib.

“İntercity”nin rəhbəri Türkiyə Qran-Prisi üçün 100 min biletin satışa çıxarılacağını da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.