SİYASƏT


Türkiyə KİV-ləri: Ermənistan ordusu Azərbaycanın dinc əhalisinə qarşı qətliamlar törədir

Ankara, 29 oktyabr, AZƏRTAC

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi hücumlara dair məlumatları geniş şəkildə yaymaqdadır.

AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-ləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev gündəlik fəaliyyətinə, dövlətimizin başçısının müsahibələrində və xalqa müraciətlərində, eləcə də özünün rəsmi “Tvitter” hesabında paylaşdığı məlumatlara və fikirlərə böyük yer ayırır.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına, eləcə də Ermənistan tərəfinin azərbaycanlı mülki əhaliyə hücumlarına geniş yer verilir. KİV-lər yazır ki, Ermənistan ordusu Azərbaycanın dinc əhalisinə qarşı qətliamlar törədir.

Bildirilir ki, təcavüzkar Ermənistanın Azərbaycanın böyük şəhərləri də daxil olmaqla, mülki yaşayış məntəqələrini atəşə tutması, dinc əhalinin hədəfə alınması düşmənin riyakarlığının və amansızlığının göstəricisidir.

Mövzu ilə bağlı verilən analitik yazılarda və telekanallardakı ekspert müzakirələrində vurğulanır ki, beynəlxalq birliyin Ermənistanın müharibə cinayətlərinə səssiz qalması dünyada haqqa və ədalətə inamı heçə endirir. Hazırkı dövrdə heç kəs iddia edə bilməz ki, baş verənlərdən məlumatsızdır. Azərbaycandakı diplomatik korpusun rəhbərləri və təmsilçiləri Gəncədə və Bərdədə ballistik raket hücumlarının qanlı izlərini öz gözləri ilə görüblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.