SİYASƏT


Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb

Ankara, 22 yanvar, AZƏRTAC

Türkiyə kütləvi informasiya vasitələri Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması barədə geniş məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası, həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin məlum anlaşmanı məmnuniyyətlə qarşılamasına dair açıqlamaya da geniş yer ayırıb.

Məlumatlarda əminliklə ifadə olunur ki, yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında imzalanmış məlum tarixi sənəd regiondakı iqtisadi münasibətlərə və inkişaf prosesinə yeni təkan verəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.