DÜNYA


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası olub

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası olub

Ankara, 1 dekabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilib ki, iclasda gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilib.

Qeyd edilib ki, toplantıda PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD başda olmaqla milli birliyə təhdid və təhlükə olan fəaliyyətlərə qarşı ölkə daxilində və dövlət sərhədlərindən kənarda qətiyyətli şəkildə həyata keçirilən antiterror əməliyyatları barədə hesabat verilib və əməliyyatların uğurla davam etdiyi vurğulanıb.

Türkiyənin cənub sərhədlərində həyata keçirilən antiterror əməliyyatlarının yeganə hədəfinin terror təşkilatları olduğunun vurğulandığı açıqlamada bildirilib ki, ölkənin təhlükəsizliyi və müdafiəsi məqsədilə atılan bütün addımlar beynəlxalq hüquqa əsaslanır. Avropada cərəyan edən bəzi gərginliklərin qarşısının alınması, sülh və sabitliyin qorunması məqsədilə çağırışlar edən Türkiyə Milli Təhlükəsizlik Şurası, eyni zamanda, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına məşvərətçi üzv qəbul olunmasını məmnunluqla qarşılayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.