DÜNYA


Türkiyə Prezidenti Afrika ölkələrinə səfərə yola düşüb

İstanbul, 17 oktyabr, AZƏRTAC

Yeni F-16-lar alaraq hava donanmamızı genişləndirmək istəyirik. ABŞ-ın F-35-lər üçün etdiyimiz 1 milyard 400 milyon dollarlıq ödəniş qarşılığında belə bir təklifi var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfərindən əvvəl mediaya açıqlamasında bildirib.

Türkiyənin Baş nazirliyi dövrü də daxil olmaqla indiyədək 28 Afrika ölkəsinə 38 səfər etdiyini deyən Prezident Ərdoğan Anqola və Toqoya Türkiyədən Prezident səviyyəsində ilk olduğu üçün bu səfərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyənin Afrikadakı səfirliklərinin sayının 43-ə yüksəldiyini bildirən ölkə başçısı 2020-ci ilin sonuna qədər 25 milyard ABŞ dolları məbləğində ticarət həcmi ilə Türkiyənin Afrika ölkələri üçün strateji tərəfdaş olaraq önə çıxdığını ifadə edib.

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri barədə məlumat verən Türkiyə Prezidenti indiyədək 159 ölkə və 12 beynəlxalq təşkilata lazımi tibbi avadanlıq və ləvazimatlar baxımından yardım edildiyini, Türkiyə istehsalı olan "TURKOVAC" vaksininin istifadəyə verilməsi ilə bu dəstəyin davam etdiriləcəyini deyib.

Dörd gün davam edəcək Afrika ziyarəti çərçivəsində Türkiyə Prezidenti Anqola, Toqo və Nigeriya olmaqla üç ölkəyə səfər edəcək. Səfərin əsas məqsədi Türkiyə ilə Afrika ölkələri arasındaki əlaqələri daha da inkişaf etdirməkdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.