SİYASƏT


Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib

Bakı, 18 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti bu barədə özünün tviter səhifəsində yazıb.

“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr -  Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm”, - deyə Türkiyə liderinin təbrikində qeyd olunub.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.