SİYASƏT
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin beynəlxalq əlaqələrə dair növbəti jurnalı işıq üzü görüb
Bakı, 21 avqust, AZƏRTAC
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin beynəlxalq əlaqələrə dair növbəti jurnalı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalda müəlliflər Həmid Akın Ünverin, Mustafa Yağcının, Murat Ülgülün, Tomas Varrakın və Murat Ağdemirin beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi, iqtisadi proseslər, ölkələr arasındakı münasibətlər, dünyada mövcud olan münaqişələr və digər mövzularla bağlı məqalələri yer alıb.
Məqalələrdə, həmçinin münaqişələr nəticəsində yaranmış qaçqın böhranından və bunun Avropa ölkələrinə təsirindən, Çinin beynəlxalq siyasətdə və dünya iqtisadiyyatında oynadığı roldan, “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasından və onun məqsədlərindən bəhs edilir, habelə İkinci Dünya müharibəsinə dair bir sıra sənədlər araşdırılır.