İDMAN


Türkiyə Superliqası: “Başakşəhər” İstanbul derbisini minimal hesabla qazanıb

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 14-də Türkiyə Superliqasının XXII turunun birinci qarşılaşmasında İstanbul derbisi keçirilib.

AZƏRTAC xəbər verir ki, derbidə “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 50-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Demba Ba vurub.

Bu oyundan başqa, turda “Denizlispor”-“Kayserispor”, “Konyaspor”-“Göztəpə”, “Ankaragücü”-“Fənərbağça”, “Alanyaspor”-“Gənclərbirliyi”, “Trabzonspo”-“Sivasspor”, “Qalatasaray”-“Yeni Malatyaspor”, “Antalyaspor”-“Kasımpaşa” və “Qaziantep”-“Rizəspor” matçları keçiriləcək.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 43 xalla “Başakşəhər” klubu liderlik edir. “Sivasspor” 42 xalla ikinci pillədədir. İlk üçlüyü 41 xalla iki oyun az keçirmiş “Trabzonspor” qapayır. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Qalatasaray” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (36 xal) və digər komandalar qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.