İDMAN
Türkiyə Superliqası: “Beşiktaş” daha bir İstanbul klubunu məğlub edib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 4-da futbol üzrə Türkiyə çempionatının XI turunun birinci gününün qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçiriblər. “Beşiktaş”ın qollarını Bernard Mensah (45), Atiba Hatçinson (69) və Vinsent Abubakar (75) vurublar.
Beləliklə, “Beşiktaş” ötən həftə səfərdə əzəli rəqibi “Fənərbağça”nı məğlub etdikdən sonra daha bir İstanbul klubu üzərində qələbə qazanıb.
Hazırda turnir cədvəlinə 23 xalla “Alanyaspor” başçılıq edir, 20 xalı olan “Qalatasaray” ikinci, eyni xala malik “Fənərbağça” isə üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]