İDMAN


Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Ankaragücü”nə minimal hesabla məğlub olub

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşma paytaxt təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Meydan sahiblərinin yeganə qolunu Oskar Skarione vurub.

Gün ərzində “Antalyaspor” – “Alanyaspor” və “Fənərbağça” – “Sivasspor” matçları keçiriləcək. Bu oyunlar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bundan əlavə, turda iyulun 13-də “Kasımpaşa” – “Rizəspor”, “Kayserispor” – “Qaziantep”, “Konyaspor” – “Başakşəhər”, “Dənizlispor” – “Trabzonspor”, “Yeni Malatyaspor” – “Beşiktaş” komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Beşiktaş” klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Qalatasaray” (52 xal), “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal) və digər komandalar gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.