İDMAN


Türkiyə Superliqası: "Başakşehir" yenidən liderliyə yüksəlib

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi görüşündə çempionatda ikinci sırada qərarlaşan "Başakşehir" komandası güclü "Trabzonspor" klubunun qonağı olub. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Başakşehir" minimal hesabla qalib gəlib - 1:0. Rəqib meydanında yeganə qolu Emmanuel Adebayor vurub. Bu oyundan sonra "Başakşehir" komandası xallarının sayını 46-ya çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Sonra Türkiyə Superliqasının liderlərindən biri "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə oynayıb. Gərgin idman mübarizəsi şəraitində keçən matç 2:1 hesabı ilə meydan sahiblərinin xerinə başa çatıb. Oyunda hesabı görüşün 37-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Qeri Rodriqes açıb. "Kasımpaşa" komandası 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Mbaye Diagne "Qalatasaray"ın qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissəsinin 80-ci dəqiqəsində "Kasımpaşa" komandası Benqali Koitanın vurduğu topla hesabda önə çıxıb. Oyunun sonlarında "Qalatasaray"ın cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə "Qalatasaray" çempionluq uğrunda mübarizədə səfərdə vacib iki xal itirib.

Turun bu gün keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Bursaspor" – "Yeni Malatyaspor" - 0:0,

"Karabükspor" – "Akhisar" - 0:3.

Turun fevralın 17-də keçirilən oyununda çempionluq uğrunda yarışan komandalardan "Fənərbağça" öz meydanında "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəlib.

22-ci tura fevralın 19-da keçiriləcək "Gənclərbirliyi" – "Göztəpə" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda hesabında 46 xal olan "Başakşehir" turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" və "Fənərbağça" 44 xalla ikinci, üçüncü yerləri bölüşürlər. "Beşiktaş" 41 xalla dördüncü, "Kayserispor" isə 35 xalla beşinci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.