İDMAN


Türkiyə cüdoçusu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlar arasında 57 və 63 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yarışın finalında Türkiyə idmançısı Özlem Yıldız finalda rusiyalı Kseniya Qaliskayanı məğlub edərək qızıl medal qazanıb.

Bu çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Aytac Qardaşxanlı almaniyalı Samira Bocka məğlub olaraq bürünc medalı əldən verib. Digər bürünc medalı rumıniyalı Florentina İvaneskuya qalib gələn hollandiyalı Alekse Vaqemaker aktivinə yazdırıb.

Finalda xorvatiyalı Katarina Kristoya qalib gələn hollandiyalı Yoanne Van Lishut isə 63 kiloqram çəki dərəcəsində çempion adına sahib olub. Bürünc medallara ukraynalı Yuliya Kurçenko və ispaniyalı Laura Vazkes Fernandez layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.