SİYASƏT


Türkiyə dövlətinin sərgilədiyi qətiyyətli mövqe işğalçı ölkəni çaşqın vəziyyətə salıb

Ankara, 16 iyul, AZƏRTAC

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Türkiyənin nüfuzlu “Sabah” qəzetinə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşən səfir Türkiyə dövlətinin xalq tərəfindən müdafiə olunması tarixinin ən şərəfli günlərindən olan 15 iyul faciəsində şəhid olanlara Allahdan rəhmət diləyərək vurğulayıb ki, dörd il əvvəl dövlət çevrilişinə cəhd ediləndə həmişə olduğu kimi Azərbaycan yenə də qardaş Türkiyənin yanında olub.

Müsahibəsində Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdlərinə geniş yer verən səfir diqqətə çatdırıb ki, bu məsələdə Türkiyə dövlətinin sərgilədiyi qətiyyətli və duyğusal mövqe işğalçı ölkəni çaşqın vəziyyətə salıb.

Qeyd olunub ki, Azərbaycan bütün göstəricilərinə görə, Ermənistandan qat-qat üstünlüyə malikdir. Dörd il əvvəl baş verən və dövlətçilik tariximizə Aprel döyüşləri kimi düşən hərbi qarşıdurmadan bəhs edən Xəzər İbrahim bildirib ki, həmin savaşda işğalçı dövlətə layiqli dərs verilib.

Müsahibədə, həmçinin Ermənistanın daxili vəziyyətindəki siyasi gərginlik, sosial böhran həddi, koronavirusun tüğyan etməsi kimi məsələlər barədə oxuculara ətraflı məlumat verilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.