DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 19 miqrant saxlanılıb

İstanbul, 29 iyul, AZƏRTAC

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu ərazisində ölkə ərazisini qanunsuz yollarla tərk etməyə çalışan 19 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, içərisində miqrantların olduğu qayıqda Egey dənizinin şimalında texniki nasazlıq yaranıb. Miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.

Bölgədə miqrantların qanunsuz hərəkətinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri həyata keçirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.