DÜNYA


Türkiyə hökuməti Yeni ildə ilk iclasını keçirib

Ankara, 3 yanvar, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökuməti 2022-ci ilin ilk iclasın keçirib.

AZƏRTAC xəbər verir ki, iclasdan sonra ənənəvi olaraq Türkiyə xalqına müraciət edən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin qəbul etdiyi qərarlar barədə geniş məlumat verib. Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə hökuməti əhalinin rifahını və sosial müdafiəsini qorumaq üçün möhkəm təməlli fəaliyyət göstərməkdədir. Ötən il olduğu kimi, 2022-ci ildə də əhaliyə tədarük edilən enerji daşıyıcılarının qiymətlərində hökumətin dəstəyi davam edəcək.

Minimum əməkhaqqı, təqaüd və digər ödəmələrdə nəzərdə tutulan artımlarla bağlı müfəssəl məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, türk lirəsinin məzənnəsinin qorunması üçün görülən tədbirlər də qərarlı şəkildə irəli aparılacaq. Dövlət qulluqçularının maaşı 30,5 faiz artırılıb. Minimum təqaüd isə 2500 türk lirəsi məbləğinə çatdırılıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 3-də xüsusi bir proqramda ölkə ixracatı ilə bağlı mühüm rəqəmləri açıqlayaraq diqqətə çatdırıb ki, ötən il ixracatın ümumi məbləği 225 milyard 368 milyon dollar təşkil edib. Bu göstərici 2020-ci illə müqayisədə 32,9 faiz çoxdur. İdxal ilə müqayisədə də ixracatda irəliləyiş müşahidə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.