SİYASƏT


Türkiyə ictimaiyyəti: İran Azərbaycana qarşı törədilən terror aktına dərhal münasibət bildirməlidir

Ankara, 27 yanvar, AZƏRTAC

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı bu gün səhər edilən hücum Türkiyə ictimaiyyətinin kəskin etirazına səbəb olub.

AZƏRTAC xəbər verir ki, rəsmi dairələrlə bərabər ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının yaydıqları bəyanatlarda insanlıq əleyhinə olan bu qanlı cinayətin baş verməsinə şərait yaradan, təşkil edən və törədənlər lənətlənir.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal və başqalarının imzaları ilə yayılan bəyanatlarda Türkiyə QHT-ləri tələb edirlər ki, İran dövləti Azərbaycana qarşı törədilən terror aktına dərhal münasibət bildirməlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.