SİYASƏT


Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb

Bakı, 11 noyabr, AZƏRTAC 

Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyə və türk milləti olaraq 28 il ərzində hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik”, - deyən Rəcəb Tayyib Ərdoğan Qarabağın işğaldan azad edilməsi, bəyanatın imzalanması münasibətilə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.