DÜNYA


Türkiyə ilə Rusiyanın enerji ekspertləri İstanbulda müzakirələr aparacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Anadolu agentliyinin təşkilatçılığı, TASS agentliyinin dəstəyi ilə bu gün İstanbulda Türkiyə və Rusiyanın enerji ekspertlərinin yığıncağı keçiriləcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yığıncaqda “Gələcəyin enerji portfelində təbii qaz” və “Türkiyənin gələcəyində “TurkStream”in rolu” mövzularında iki sessiya təşkil ediləcək. İlk sessiyanın moderatoru TASS informasiya agentliyinin baş direktorunun müavini Maksim Filimonov, ikinci sessiyanın moderatoru isə Anadolu agentliyinin enerji xəbərləri üzrə redaktor müavini Barış Sağlam olacaq.

Yığıncaqda Türkiyə və Rusiyanın enerji sahəsində tanınmış mütəxəssisləri, professorlar iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.