SİYASƏT


Türkiyə mətbuatı Prezident İlham Əliyevin yeni qələbə zəfərləri ilə bağlı xalqa müraciətinə geniş yer ayırıb

Ankara, 10 oktyabr, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi və bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da bütün Azərbaycan xalqına müraciəti, dövlətimizin başçısının çıxışındakı mühüm sərt mesajlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə KİV-ləri Prezident İlham Əliyevin işğalçı və düşmən ölkənin rəhbərliyini ən ağır ifadələrlə ittiham etməsini türkdilli əhalinin diqqətinə çatdırıblar. Məlumatlar müxtəlif sərlövhələrlə təqdim olunub.

Məlumatlarla Anadolu və DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, TRT Avaz, NTV telekanallarının, habelə “Yeni şəfəq”, “Sözçü”, “Aydınlıq”, “Yeni çağ” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.

 

Sabir Şahtaxtı 

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.