İQTİSADİYYAT


Türkiyə milli müdafiə nazirinin müavini: Hər kəsi bu möhtəşəm “TEKNOFEST” festivalına dəvət edirik

Bakı, 26 may, AZƏRTAC

2018-ci ildə Türkiyədə start verilən “TEKNOFEST” festivalı çox böyük marağa səbəb oldu. Bu gün sözügedən festival ilk dəfə Türkiyə hüdudlarından kənarda – qardaş ölkə Azərbaycanda keçirilir. Dörd gün davam edəcək “TEKNOFEST Azərbaycan”da bir-birindən maraqlı müxtəlif layihələr təqdim ediləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere söyləyib.

O, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinə məxsus pavilyon haqqında məlumat verərək deyib: “Biz də Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi olaraq burada təyyarələrimizi, yeni nəsil helikopterlərimizi və bir çox texnikalarımızı nümayiş etdiririk. Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə dəvət edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.