MƏDƏNİYYƏT


Türkiyə müğənniləri “Evdə qal” kampaniyası çərçivəsində distant konsertlər verəcəklər

İstanbul, 6 aprel, AZƏRTAC

Dünyada öz mənfi təsirini göstərən yeni növ koronavirusa qarşı “Evdə qal” kampaniyası çərçivəsində Türkiyə müğənniləri distant konsertlər verəcəklər.

AZƏRTAC xəbər verir ki, bu gündən başlayacaq kampaniya 40 gün davam edəcək. Konsertlərdə Türkiyənin 40 tanınmış sənətçisi iştirak edəcək.

Hər axşam yerli vaxtla 21:15-də “YouTube” şəbəkəsində yayımlanacaq konsertdən əvvəl müğənnilər tamaşaçılarla söhbət edəcəklər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.