DÜNYA


Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyasının qrup toplantısı keçirilib

İstanbul, 7 iyul, AZƏRTAC 

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısını keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən toplantıda Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın çıxışı olub.

Prezident çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, terrorçuluqla mübarizə və qarşıda duram digər vəzifələrdən danışıb.

Qeyd edək ki, iyulun 9-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.