CƏMİYYƏT


Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə Azərbaycana təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında yazılıb.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstək və birliyə görə təşəkkür edirik”, - deyə yazıda qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.