DÜNYA


Türkiyə vətəndaşı: səsvermə tam demokratik şəkildə təşkil olunub

İstanbul, 24 iyun, AZƏRTAC 

Türkiyə vətəndaşları ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri ilə bağlı səsvermənin təşkilindən razıdırlar.

AZƏRTAC-ın xüsusi müxbiri vətəndaşların səsverməyə münasibətini öyrənmək üçün İstanbulda ictimaiyyətin nümayəndələrinə müraciət edib. Səsvermədə iştirak etməyi özünün vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran Hasan Kara Bektaş bildirib ki, səs verdiyi məntəqədə seçicilərin siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün qanun və qaydalara tam əməl olunub. O, əminliklə ifadə edib ki, seçkilərin ümumi nəticəsi Türkiyə xalqının maraqlarını əks etdirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.