DÜNYA
Türkiyədə 4.5 bal gücündə zəlzələ baş verib
Ankara, 12 fevral, AZƏRTAC
Türkiyənin Kastamonu şəhərində fevralın 12 -də Ankara vaxtı ilə saat 06:37-də Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 6,95 kilometr dərinlikdə yerləşib.
Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb. Yerli bələdiyyədən verilən məlumata görə, hələlik zəlzələnin mənfi təsiri barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Anadolu yer kürəsində ən həssas tektonik bölgələrdən biri hesab olunur. Hazırda bu bölgədə seysmoloji aktivlik yüksəlib. Dörd bal ətrafında zəlzələ demək olar ki, hər gün baş verir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]