DÜNYA


Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub

Ankara, 21 may, AZƏRTAC

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonu ərazisində 470 metr dərinlikdən 60 dərəcə temperaturda isti su fontan vurub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, mineral tərkibli suyun mənbəyi 9 il ərzində bölgədə aparılan karbohidrogen ehtiyatlarının kəşfiyyatı zamanı aşkar edilib. Hələlik, rəsmi mənbələr tapılan isti su ehtiyatından hansı məqsədlər üçün istifadə edilə biləcəyini açıqlamayıblar. İstisna edilmir ki, bu su müalicəvi tərkibə malikdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.