DÜNYA


Türkiyədə COVID-19-a yoluxma halları iki dəfə artıb

İstanbul, 6 avqust, AZƏRTAC

Son günlər Türkiyədə COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarında artım müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin son göstəricilərinə əsasən, yoluxma halları 60 vilayətdə iki dəfəyədək artıb. Ölkənin Tunceli və Bartın vilayətlərində isə bu rəqəm dörd dəfə çoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndlənmənin məcburi hala gətirilməsinin tərəfdarı olmadığını bildirib. Səhiyyə naziri Fahrettin Koca isə yoluxma hallarının artacağı təqdirdə yeni qərarlar qəbul edilə biləcəyini deyib. Bildirilib ki, əhalinin sıx toplandığı, yan-yana oturduğu yerlərə daxil olmaq üçün peyvəndlənmək istənməyən şəxslərdən PCR (COVID-19) testi tələb oluna bilər. Vaksinasiya olunmayan şəxslər iki gün ara ilə dövlət xəstəxanalarında PCR testindən keçə biləcəklər. Mütəxəssislər bunun əhalinin sağlamlığı və ölkə daxilində xəstəliyin yayılmasının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Hazırda ölkədə 75 milyona yaxın insana COVID-19 peyvəndi vurulub. İkinci doza vurulanların sayı isə 28 milyondan çoxdur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.