DÜNYA
Türkiyədə FETÖ terror təşkilatına qarşı keçirilən növbəti əməliyyatlar ölkə ərazisinin yarıdan çoxunu əhatə edir
İstanbul, 19 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 158 üzvünün saxlanılması ilə bağlı keçirilən əməliyyatlar ölkənin 41 vilayətini əhatə edir. Onların arasında Türkiyənin Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin, Quru Qoşunlarının, Sahil Mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla yüksək rütbəli zabitlər var.
Gecə saat 01:00-da başlayan əməliyyat çərçivəsində artıq çoxlu sayda şübhəlinin saxlanıldığı, müxtəlif ünvanlarda axtarışların aparıldığı bildirilir. Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]