DÜNYA


Türkiyədə PKK terrorçuları ilə atışmada 4 hərbçi yaralanıb

Ankara, 12 iyun, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli bölgəsində antiterror əməliyyatı keçirən hərbçiləri PKK terrorçuları ilə üz-üzə gəliblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçular hərbçilərin “təslim ol” çağırışına məhəl qoymadan atəşə başlayıblar. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı genişləndirilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.