DÜNYA


Türkiyədə biri axtarışda olan daha iki terrorçu zərərsizləşdirilib

Ankara, 14 aprel, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin Diyarbəkirdə həyata keçirdikləri “Eren-2” antiterror əməliyyatı çərçivəsində daha iki terrorçu zərərsizləşdirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, məhv edilən terrorçular 2020-ci il aprelin 8-də beş mülki şəxsi, cari il yanvarın 9-da isə atışma nəticəsində bir hərbçini qətlə yetirmiş PKK üzvləridir.

Daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabından etdiyi paylaşımda məlumat verib ki, araşdırma zamanı onlardan birinin “Dara Zagros” ləqəbli axtarışda olan terrorçu Abdulsittar Özər olduğu təsbit edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.