DÜNYA


Türkiyədə daha 55 qanunsuz miqrant saxlanılıb

İstanbul, 13 aprel, AZƏRTAC

Aprelin 13-ü gecə saatlarında Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 55 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu yaxınlığında baş verib. Miqrantların Yunanıstanın Midilli adasına keçmək istədikləri müəyyən edilib. Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan bu şəxslər ölkələrinə geri qaytarılmaları üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.