DÜNYA
Türkiyədə hər il siqaretə və onun yaratdığı fəsadlara 32 milyard türk lirəsi xərclənir
İstanbul, 10 fevral, AZƏRTAC
Türkiyədə hər il siqaretə 22 milyard, yol açdığı xəstəliklərlə mübarizəyə isə 10 milyard türk lirəsi xərclənir.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər 9 fevral - Siqaretdən İmtina Günü münasibətilə Türkiyə Siqaretlə Mübarizə Dərnəyi tərəfindən keçirilən tədbirdə səsləndirilib.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Türkiyədə 252 min uşaq və 14,5 milyon yetkin insan siqaret çəkir. Hər il təxminən 83 min nəfər siqaretin fəsadlarından ölür. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesablamalarına görə isə Türkiyədə kişilərin 37,3, qadınların isə 10,7 faizi siqaret çəkir.
Siqaret dünyada hər il 6 milyon insanın ölümünə səbəb olur. Onlardan 600 mini siqaret tüstüsünə məruz qalanlardır ki, bu insanların da 75 faizi uşaq və qadınlardır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]