DÜNYA


Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndi müsbət nəticə verib

İstanbul, 5 aprel, AZƏRTAC

Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndi müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemi yaradıb. Yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında bildirib.

O, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Türkiyə də mütəxəssislər xəstəliyə qarşı dərman və peyvəndin hazırlanması istiqamətində səfərbər olublar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.