DÜNYA


Türkiyədə iki qadın terrorçu təslim olub

Ankara, 22 sentyabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin İğdır bölgəsində həyata keçirdiyi “İldırım-3” antiterror əməliyyatı çərçivəsində hərbi pilotsuz aparatlarla yerləri müəyyən edilən iki qadın terrorçu təslim olub.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, qadın terrorçular aparılan danışıq nəticəsində təslim olmaq yolunu seçiblər.

“İldırım-3” antiterror əməliyyatı çərçivəsində məhv edilən digər bir terrorçunun isə şəxsiyyəti müəyyənləşdirilib. Həmin terrorçu Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismində axtarılan “Roni” ləqəbli Holis Ərdoğan olub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.