ELM VƏ TƏHSİL


Türkiyədə keçirilən seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyəti barədə təqdimat edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) təşkilatçılığı, üzv təşkilatların nümayəndələri ilə “Keyfiyyət təminatı agentliklərinin müstəqilliyi” mövzusuna həsr olunmuş seminarda iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, seminarda TKTA-nı İdarə Heyətinin sədri Ülkər Səttarova və Akkreditasiya və lisenziya şöbəsinin böyük məsləhətçisi Zeynəb Hüseynova təmsil ediblər. Ülkər Səttarova agentliyin fəaliyyətinə dair geniş təqdimatla çıxış edərək iştirakçıların suallarını cavablandırıb.

Ənənəvi formatda iki gün müddətində keçirilən seminarda Avropa Keyfiyyət Təminatı Assosiasiyası (ENQA) prezidentinin, Avropa Universitetlər Assosiasiyasının nümayəndəsi və CEENQA və üzv təşkilatların rəhbərlərinin çıxışları təqdim olunub.

Qeyd edək ki, TKTA-nın nümayəndə heyəti seminardan faydalı məlumatlar əldə etməklə yanaşı, Avropa ölkələrinin təcrübəsi ilə yaxından tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.