CƏMİYYƏT


Türkiyədə müalicə olunan qazilərimiz ziyarət edilib

Ankara, 27 iyun, AZƏRTAC

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən müharibəsində yaralanmış və qardaş ölkədə müalicə alan qazilərlə görüşüb. Müşfiq Məmmədovu səfirliyin və Hərbi Attaşelik Aparatının nümayəndələri müşayiət ediblər. Onlar Bursa, Kocaəli və İstanbul şəhərlərində müalicə alan qazilərimizi ziyarət edərək, onları 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər.

AZƏRTAC xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şanlı qələbəsi xoş sözlərlə xatırlanıb. Müqəddəs Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında misilsiz qəhrəmanlıq göstərən qazilərimizə can sağlığı arzuları çatdırılıb.

Söhbət əsnasında qazi olan hər bir əsgərin ölkəmizin qəhrəmanlıq simvolu, Vətənimiz uğrunda şəhid olmağı gözləri önünə alan igidlərin hər birinin şərəf nişanəsi olduğu və qəhrəmanlıq adını həyatları boyu daşıyacaqları ifadə edilib.

Qazilərimiz Vətənimizin bütövlüyü və müdafiəsi naminə bundan sonra da hər an hazır olduqlarını ifadə ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.