DÜNYA


Türkiyədə növbəti “qum fırtınası” yeddi nəfərin xəsarət almasına səbəb olub

Ankara, 7 dekabr, AZƏRTAC

Türkiyədə baş verən növbəti “qum fırtınası” yenə də Konya-Ankara magistralında ağır zəncirvari qəzaya səbəb olub.

AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb. Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Ən azı yeddi nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl noyabrın 30-da eyni bölgədə baş vermiş “qum fırtınası”nda otuz avtomobilin toqquşması ilə zəncirvari qəza baş vermişdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.