İDMAN


Türkiyədə sürpriz baş məşqçi istefası gerçəkləşib

Bakı, 27 noyabr, AZƏRTAC

Türkiyədə sürpriz baş məşqçi istefası gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”nın baş məşqçisi İrfan Buz tutduğu vəzifəsindən ayrıldığını açıqlayıb. Rəhbərliklə fikir ayrılığı yaşayan 53 yaşlı mütəxəssis komandada qalmağın mənasız olduğunu düşünərək bu qərarı verib.

İ.Buz baş məşqçi postuna noyabrın 13-də Mehmet Altıparmakın yerinə gəlmişdi. Bu isə o deməkdir ki, baş məşqçi komandada cəmi iki həftə işləyə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.