ELM VƏ TƏHSİL
Türkiyədə təhsil alan azərbaycanlı məzunlar Bakıda görüşəcəklər
Ankara, 13 noyabr, AZƏRTAC
Türkiyənin ali məktəblərinin məzunu olan soydaşlarımız noyabrın 14-də Bakıda bir araya gələcəklər.
Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsindən (YTB) AZƏRTAC-a verilən məlumata görə, YTB tərəfindən təşkil olunan bu tədbir Türkiyə Məzunları Proqramı çərçivəsində həyata keçirilir. 2017-ci ildən start götürən proqram əsasında indiyə qədər 30 ölkənin 36 şəhərində 50 məzun görüşü təşkil olunub. Bildirilir ki, Türkiyədə indiyədək 125 min Azərbaycan vətəndaşı təhsil alıb. Hazırda qardaş ölkənin ali məktəblərində oxuyan vətəndaşlarımızın sayı 17 min nəfərdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]