DÜNYA


Türkiyədə terror planlaşdıran iki PKK-çı zərərsizləşdirilib

Ankara, 14 aprel, AZƏRTAC

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrindəki PKK düşərgələrini bombalayıb.

AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, aviazərbələr nəticəsində terror təşkilatına məxsus silah anbarı və sığınacaqlar məhv edilib.

Digər bir rəsmi məlumata görə, Diyarbəkirin Kocaköy rayonu ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən Zinarin Berxvedan ləqəbli Hacire Yılmaz və Zilan Tolhildan ləqəbli Suzan Çelikin əşyalarından əhəmiyyətli kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında PKK və KCK terror təşkilatlarının Konya stadionunda terror hazırladığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli qismində həbs edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.