DÜNYA


Türkiyədə təslim olan terrorçuların sayı 202 nəfərə çatıb

Ankara, 17 noyabr, AZƏRTAC

Türkiyədə biri axtarışa verilən təhlükəli terrorçu olmaqla beş PKK mənsubu təhlükəsizlik qüvvələrinə təslim olub.

AZƏRTAC Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, terrorçular təbliğat yolu əsasında təslim olmaq qərarına gəliblər. Bildirilir ki, 5-6 il əvvəl PKK sıralarına daxil olan bu şəxslər İraq ərazisində fəaliyyət göstəriblər. Onlar bir yerdə PKK-dan qaçmağa nail olublar. Bununla da cari il yanvarın birindən bu tərəfə könüllü təslim olan terrorçuların say 202 nəfərə çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.