MƏDƏNİYYƏT


Türkiyədə ticarətçilər “hər şey daxil” sistemini məhdudlaşdırmağı tələb ediblər

Bakı, 15 avqust, AZƏRTAC

Türkiyənin Sidə və Alanya kurortlarındakı ticarətçilər və sənətkarlar hökumətə müraciət edərək otellərdə “hər şey daxil” sistemi üzrə standartlara yenidən baxılmasını xahiş ediblər. Bu barədə ölkənin Turizm Operatorları Assosiasiyası məlumat yayıb.

AZƏRTAC “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə Manavqat şəhər Ticarət-Sənaye Palatasından “hər şey daxil” standartlarının dəyişdirilməsi və otellərin bu formatda fəaliyyət göstərməsinin digər biznes sahələrinə zərər verməyəcəyi rayonların müəyyən edilməsi ilə bağlı məktub daxil olub. Müraciətdə xatırladılır ki, Türkiyə səfər ərzində ən azı 1000 dollar xərcləyəcək “keyfiyyətli” turistlərin cəlb olunması xəttini götürüb.

Palata üzvlərinin qənaətinə görə, “hər şey daxil” sistemi onların biznesini məhv edir, bu format üzrə standartların dəyişdirilməsi isə müsafirlərin gəlirlərinin “ədalətli rəqabət” prinsipi əsasında ticarətçilər və otellər arasında bölüşdürülməsinə imkan verəcək. Belə ki, bu gün turistlər otellərdən çıxmır, ölkə üzrə səyahət etmir və mehmanxana xaricində qastronomiya və alış-verişə pul xərcləmirlər.

Alanya sənətkarları da analoji mövqedədir: Manavqat Ticarət-Sənaye Palatasının prezidenti Nuri Dəmir bildirib ki, hazırda buradakı otellər də, mağazalar da boşdur. Bir çox ticarətçi mövsümdə mağaza açmaq üçün kredit götürüb, lakin onların faizlərini qaytara bilmir. Onlar daha köklü dəyişikliklər edilməsini istəyirlər və şəhərin mərkəzində “hər şey daxil” sisteminin dəyişdirilməsini tələb edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.