DÜNYA


Türkiyədə yaşı 80-dən yuxarı olanların peyvəndlənməsinə başlanılır

İstanbul, 25 yanvar, AZƏRTAC

Türkiyənin Koronavirus üzrə Elmi Şurasının qərarı ilə bu gündən etibarən ölkədə vaksinasiyanın birinci mərhələsinin ikinci etapı - yaşı 80-dən yuxarı olanların peyvəndlənməsinə başlanılır.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Hazırda Türkiyəyə gətirilən Çinin “Sinovac” şirkəti tərəfindən hazırlanan “CoronaVAC” peyvəndinin ikinci partiyasının birinci hissəsi Türkiyənin Dərman və Tibbi Ləvazimatlar Qurumunun (TİTCK) laboratoriyasında ən az 14 gün müddətində analiz ediləcək.

İki ölkə arasında əldə edilən razılığa əsasən bir il ərzində Çindən Türkiyəyə 50 milyon doza vaksin gətiriləcək ki, bu da 25 milyon nəfərə tətbiq ediləcək.

Qeyd edək ki, Türkiyədə peyvəndlənmə prosesi yanvarın 14-dən etibarən başlanılıb. Vaksinasiya dörd mərhələdə aparılacaq. İlkin mərhələdə səhiyyə işçiləri, yaşı 85-dən yuxarı olanlar, əlil, qoruma evlərində qalan vətəndaşlar peyvənd olunub. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.