ELM VƏ TƏHSİL


Türkiyənin Amasiya şəhərində Türkiyə-Azərbaycan əlaqələrinə həsr olunan simpozium keçiriləcək

Bakı, 2 iyul, AZƏRTAC

Türkiyənin Amasiya şəhərində oktyabrın 25-dən 27-dək “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda simpozium keçiriləcək.

MİRAS-dan AZƏRTAC-a bildirilib ki, simpozium Amasiya Universiteti, Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi tərəfindən təşkil ediləcək.

Simpoziumda tarix, ədəbiyyat və incəsənətə aid müxtəlif mövzularda məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.