SİYASƏT


Türkiyənin Elazığ bölgəsində Azərbaycan qəhrəmanlarına məktub aksiyası təşkil ediləcək

Ankara, 27 oktyabr, AZƏRTAC

Türkiyənin Elazığ bölgəsində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” aksiyasına start veriləcək. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə edəcəklər.

Akasiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ bələdiyyəsinin dəstəyi ilə gerçəkləşəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.